İlisu şəlaləsi - Qax rayonunda məşhur şəlalə. Şəlalə yuxarı hissədədir və ona çatmaq üçün ən azı yarım saat piyada getmək lazımdır. Yuxarıya çıxa bilməyənlər üçün nəqliyyat vasitələri də bu bölgədə mövcuddur. Şəlalənin hündürlüyü təxminən 25 metrdir. Şəlaləyə gedən yolda onlarla bulaq var. Su qayalardan keçir. Su fəsillərindən asılı olmayaraq həmişə soyuq olur.